AZ   |   RU
Rusiya insanlığa qarşı cinayətlər törədir- Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin enerji infrastrukturuna geniş şəkildə elektrik kəsilməsi ilə nəticələnən son hücumlardan sonra Rusiyanı bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib. 

Missiya.Az
“CNN-Türk”-ə istinadən xəbər verir ki, ölkəsinin tələbi ilə növbədənkənar toplanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müraciət edən Zelenski Rusiyanın mütəmadi olaraq qeyri-mütənasib hücumlar edərək şəhərləri məhv etdiyini bildirib.
 
Rusiyanın bir gündə 70 raket hücumu həyata keçirdiyini bildirən Zelenski, "Mülki əhalinin yaşadığı binaları, məktəbləri, xəstəxanaları və nəqliyyat infrastrukturunu hədəfə alırlar. Rusiyanın son hücumlarından sonra milyonlarla insan istilik və susuz yaşayır. Bu, Rusiyanın terror düsturudur "- deyə vurğulayıb.
 
 
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti Vladimir Putinin “qışdan silah kimi istifadə etdiyini” deyib.
 
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia  isə “Biz yalnız Ukraynanın hərbi infrastrukturuna zərər vurmağa çalışırıq”- ifadəsini işlədib.
Rusiyanın son hücumlarından sonra Ukraynanın böyük bir hissəsi elektrik enerjisi ilə təmin oluna bilmir.

Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər əhalisinin ən azı 80 faizi işıqsız və susuz yaşayır.

Ukrayna administrasiyası elektrik enerjisinin kəsilməsi səbəbindən 3 nüvə reaktorunu bağlayıb.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az

 

  • 24-11-2022, 15:29