AZ   |   RU
Ginnesin Rekordlar Kitabının müəllifi vəfat edib

Ginnesin Rekordlar Kitabının sahibi, Koreyalı dizayner və rəssam Kim Jung Gi sərgi üçün Parisdə olarkən dünyasını dəyişib.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, Kim Jung Ginin ölüm səbəbi ürək tutması olub. 
Sənətçinin həmkarı onun ölümü barədə belə deyib: “Avropadakı son şousunu bitirdikdən sonra Jung Gi sinə ağrısından əziyyət çəkdi və Nyu-Yorka uçmaq üçün hava limanına getdi və əməliyyat üçün yaxınlıqdakı xəstəxanaya aparıldı. Lakin təəssüf ki, dünyasını dəyişdi. Siz bizim üçün çox şey etdiniz və indi fırçalarınızı yerə qoya bilərsiniz. Təşəkkürlər Jung Gi”. 

Xatırladaq ki, 1975-ci ildə Cənubi Koreyada anadan olan rəssam son dərəcə mürəkkəb səhnələri çəkmək bacarığı ilə tezliklə bütün dünyada tanınıb.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 6-10-2022, 15:55