AZ   |   RU
Türkiyəli müğənni mahnını bilmədiyi üçün öldürüldü
 
Ankarada müğənni Onur Şener müstərilərin tələb etdiyi mahnını bilmədiyi üçün ölümcül şəkildə döyülüb. 

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, Onur Şener həkimlərin müdaxiləsinə baxmayaraq aparıldığı xəstəxanada dünyasını dəyişib.

Çankaya rayonunun Çayyolu səmtindəki əyləncə məkanına gələn 3 dost həmin vaxt səhnədə olan musiqiçi Onur Şenerdən mahnı istəyib. Mahnıdan xəbəri olmadığını bildirən Şenerlə mübahisəyə başlayan dostlar, məkan bağlandıqdan sonra iş yerini tərk edən müğənniyə hücum edib. Sərxoş müştərilər müğənniyə ağır bədən xəsarətləri yetiriblər.

Bu hadisədən sonra Şenerin həmkarları öz sosial platform hesablarında onun ölümünə görə kədərləndiklərini bildirərək, iki uşaq atası olan müğənniyə qıyanlara lənət oxuyublar.  

Haluk Levent paylaşımında "İnana bilmirəm! Onur, gözəl qardaşım! Səni necə öldürdülər! Həm də mahnı tələbi üçün! Hara getdiyimizi bilmirəm, bilmirəm"-deyə qeyd edib.

"Necə bir ruh(lar) insan istədiyi mahnını bilmədiyi üçün (bilirsə də, oxumaq məcburiyyətindəmi? o ayrı) həyatına vəhşicəsinə son verə bilər!!! Bu dəhşətli cinayətin cəzası mütləq olmalıdır. Bir o qədər də dəhşətli olsun... O qədər kədərli, o qədər düşündürücü... Ahhh ki ah çox üzgünəm..."-deyə  Soner Arıca öz Twitter hesabında yazıb.

Müğənni Gülben Ergen “Bir gənc musiqiçi dostumuzu istədikləri mahnını oxunmadığı üçün öldürdülər. İki uşaq atası Onur Şenerin ağrısını ürəyimin dərinliyində hiss edir və onu öldürən zehniyyəti lənətliyirəm!- deyə bildirib.  

Sənətçi Emre Aydın isə "Həqiqətən çox kədərliyəm, nə yazılsa, nə deyilsə faydasızdır! Ailəsinə səbr diləyirəm"- deyə qeyd edib.  

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 3-10-2022, 16:52