AZ   |   RU
Yunanıstanın baş nazirindən Türkiyəyə qarşı daha bir açıqlama

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis yenidən Türkiyəni hədəfə alan açıqlamalar verib.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, “Sunday Times” qəzetinə açıqlama verən Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şanlı bir Osmanlı vizyonunu izlədiyini ifadə edərək, Ankara qarşı yeni ittiham irəli sürüb.

"Ərdoğan regional oyunçu olmaq istəyir və hər kəsin Türkiyənin böyüklüyünü qəbul edəcəyinə ümid edir, lakin bu, Yunanıstanın suverenliyinə ziddirsə, bu baş verməyəcək " – deyə, baş nazir bildirib.


Daşqın Həsənov
Missiya.Az
 


  • 3-10-2022, 11:25