AZ   |   RU
Bu gün Putin Ukraynanın 4 vilayətini Rusiyaya “birləşdirəcək”

Rusiya prezidenti Vladimir Putin Ukraynanın daha dörd ərazisinin rəsmən ilhaqı ilə bağlı Moskvada imzalanma mərasiminə qatılıb.

Missiya.Az
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Putin Kremldə dörd bölgənin Rusiya tərəfindən təyin edilmiş rəhbərləri ilə imzalanma mərasiminə başçılıq edəcək və burada Ukraynanın dörd vilayətinin - Xerson, Zaporojye, Donetsk və Luqanskın ilhaqı haqqında qanunu imzalayacaq.

Xatırladaq ki, Rəsmi Moskva ötən həftə Ukraynanın qismən işğal olunmuş bu dörd bölgəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı mandat tələb etmək üçün saxta referendumlar keçirib.


Daşqın Həsənov
Missiya.Az


  • 30-09-2022, 16:39