AZ   |   RU
ABŞ öz vətəndaşlarına müraciət etdi: “Rusiyanı dərhal tərk edin”

ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, səfirliyin təqdim  etdiyi yazılı açıqlamada Rusiyada qismən səfərbərlik prosesinin başladığı xatırladılıb. Çünki Rusiyada yaşayan ABŞ vətəndaşları hərbi xidmətə çağırılarsa, səfirlikdən heç bir köməyin mümkün olmayacağı bildirilib.  

Qeyd edək ki, Rusiyada ticari uçuşların da məhdud vəziyyətdə olduğuna diqqət çəkilib. Ölkəni tərk etmək istəyən ABŞ vətəndaşlarının tez bir zamanda qaytarılmasının zəruri olduğu vurğulanıb. Habelə, bəyənatda qeyd olunub: “ABŞ vətəndaşları Rusiyaya səyahət etməməlidirlər və məhdud işgüzar səyahət imkanları qaldığı halda Rusiya sakinləri bu ölkəni dərhal tərk etməlidirlər”.

Zərintac MAYİSQIZI
Missiya.Az


Baxış sayı: 131
  • 28-09-2022, 16:52