AZ   |   RU
Türk şirkətləri Pakistan sahillərində neft və qaz axtarış işləri aparacaq

Əldə edilən razılaşma ilə Türk şirkətləri Pakistan sahillərində neft və təbii qaz kəşfiyyatı fəaliyyətinə başlayacaq.


Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Pakistanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan İslamabadda ölkənin Baş nazirinin müavini və Xarici İşlər naziri Məhəmməd İshak Dar ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.


 Türkiyə ilə Pakistan arasında ortaq ticarət həcmini 5 milyard dollara çatdırmaq üçün səylərin olduğunu bildirən Fidan, "mədən, təbii qaz, neft və nadir elementlər sahələrində əməkdaşlıq mexanizmlərinin" də qiymətləndirildiyini bildirib.


Hakan Fidan bildirib ki, bu çərçivədə Türkiyə Petrolları Anonim Ortaklığı (TPAO) ilə Pakistanın milli neft şirkətləri arasında bu il aprel ayında imzalanmış müqavilə son dərəcə əhəmiyyətli bir addım təşkil etməkdədir. Bu müqavilə sayəsində Türk və Pakistan şirkətləri Pakistan açıqlarında neft və təbii qaz axtarış fəaliyyətlərində iştirak edə biləcək. Bu, bir ilk olacaq.



Onun sözlərinə görə, bu, irəli sürdüyümüz daha strukturlaşdırılmış işin məhsullarından biri olacaq.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 14:12