AZ   |   RU
“Bir vaxt gələcək, geriyə qayıdıb sərhədi keçmək üçün növbəyə düzüləcəklər” – Rusiya Dumasının sədri

“İndi hara qaçırlar? Bizim sabitliyi, Avrasiya İqtisadi İttifaqını və iqtisadi azadlıqları yaratdığımız yerdən? Bir vaxt gələcək onlar gələcək, sərhədi keçərək növbəyə düzüləcəklər".

Missiya.Az
lenta-ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodin Duma.TV-nin efirində Gürcüstan və Qazaxıstanla sərhəddə dayanan ruslardan danışan zaman deyib.

Qeyd edək ki, sentyabrın 27-də Çelyabinsk vilayətinin Qazaxıstanla olan sərhədində Rusiyaya daxil olmaq istəyənlər arasında bəzi qruplaşma üzvlərinin olduğu iddia edilirdi. Rusiya FTX-nin Sərhəd Mühafizəsinin mətbuat xidməti isə  aydınlaşdırıb ki, sərhədi müxtəlif məqsədlər güdən insanlar keçir, bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi elan edilmiş qismən səfərbərlik çərçivəsində Qazaxıstan, Gürcüstan və digər ölkələrin dövlət orqanlarından oradakı rusların məcburi geri qaytarılmasını tələb etməyəcəyini açıqlamışdı.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 28-09-2022, 14:38