AZ   |   RU
Rusiya yapon diplomata ölkəni tərk etməsi üçün 48 saat vaxt verdi

Yaponiyanin Vladivostokdakı konsulu Motoki Tatsunori casusluqda itiham olunaraq, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, yapon diplomat arzulolunmaz şəxs elan edilib.

“Yapon diplomatı Rusiyanın Asiya-Sakit Okean regionunda başqa bir ölkə ilə əməkdaşlığı barədə məxfi məlumat alarkən pul müqabilində cinayət başında saxlanılıb. Ona 48 saat ərzində ölkəni tərk etməsi əmri verilib”, - deyə məlumatda vurğulanıb.

Məsələyə münasibət bildirən Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno diplomatın saxlanılmasını qəbuledilməz adlandırıb.

Matsuno qeyd edib ki, diplomatın Rusiya tərəfinin iddia etdiyi kimi qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair heç bir sübut yoxdur.

Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 116
  • 27-09-2022, 10:48