AZ   |   RU
Rusiyadan daha bir hədələyici bəyanat: “Hücumları öz torpaqlarımıza hücum kimi qiymətləndirəcəyik”

“Ukrayna Referendumlar zamanı Donbası və Rusiyanın nəzarətində olan digər əraziləri geri almaq üçün cəhdlər edərsə, bunu öz ərazimizə hücum kimi qiymətləndirəcəyik”.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitriy Peskov  qondarma respublikalarda keçiriləcək referendumlar zamanı Ukraynanın həmin ərazilərə gözlənilən hücuu barədə danışarkən deyib.

Qeyd edək ki, referendumların baş tutumaması üçün Ukrayna Silahlı Qüvvələrinin qondarma respublikaların elan olunduğu ərazilərdə genişmiqyaslı əməliyyatlar həyata keçirəcəyinə dair məlumatlar dolaşır. Görünür Moskva bu ehtimalın qarşısını almaq üçün növbəti hədələyici açıqlama ilə çıxış etmək məcburiyyətində qalıb. Peskovun dediklərindən belə anlaşılır ki, əgər Ukrayna Ordusu hücum edərsə, Kremlin cavabı sərt olacaq.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 23-09-2022, 16:46