AZ   |   RU
"TAİB Türk Dünyası üçün faydalı addımlar atır" - Belçikalı millət vəkili


“Türk Ağsaqqallar Birliyi akademik, ictimai, siyasi və mədəni sahələrdə mühüm addımlar atır, türk dünyası üçün faydalı olan layihələr həyata keçirir". 

Missiya.Az
xəbər verir ki, bunu Belçika Parlamentinin üzvü Şevket Temiz TAİB-ə ünvanladığı məktubda qeyd edib. 

Millət vəkili hesab edir ki, Türk Ağsaqqallılar Birliyi - TAİB türk dünyasına bir pəncərə olacaq:  "Buna heç kim şübhə etməsin. Mən birlikdə böyümək üçün potensial görürəm. Başda birliyin təsisçisi Ramin Əhmədov olmaqla bütün üzvləri təbrik edir, uğurlar arzulayıram. Belçika parlamentinin üzvü kimi birliyin həyata keçirəcəyi layihələrdə iştirak etməyə hazıram" - deyə, Şevket Temiz vurğulayıb.

  • 23-09-2022, 14:29