AZ   |   RU
“Fransanı dünyanın gözü önündə aşağıladılar” - Makron rüsvay oldu

Fransa prezidenti Emmanuel Makaronun Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı zalda oturacaqların çox hissəsinin boş olması insanlar arasında müzakirəyə səbəb olub.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, insanlar “tvitter” üzərindən Makronun çıxışı zamanı oturacaqların çox hissəsinin boş olduğunu ortaya çıxaran müxtəlif şəkilləri tez-tez paylaşaraq “Fransa cazibəsini itirdi” kimi şərhlər yazıblar.

Fransalı siyasətçi Fransua Asselineau “tvitter” hesabında bu sözləri yazıb: “Makron dəhşətli dərəcədə alçaldıldı. Onun çıxışı zamanı ölkələrin dörddə üçü iştirak etmədi. Onlar yeməkxanada dincəlməyi və ya siqaret çəkməyi Makronun çıxışından üstün tutdular. Onlar bu hərəkətləri ilə Makronu nəzərə almadıqlarını ifadə edərək, Fransanı dünyanın gözü önündə aşağıladılar”.

Duval Filip adlı istifadəçi isə öz “tvitter” hesabında bu sözləri qeyd edib: “BMT-dəki bu görüntü Makron hakimiyyətə gəldikdən sonra Fransanın imicinin aşağı düşdüyünü açıq şəkildə göstərir”.

Daşqın Həsənov
Missiya.Az
 


  • 22-09-2022, 16:39