AZ   |   RU
Peskovun oğlundan hərbi səfərbərlik çağırışına cavab – “Gələ bilmərəm!”

Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun oğlu ilə Nikolay Peskov Ukraynada döyüşmək niyyətində olmadığını açıqlayıb.

Missiya.Az
“The Sun” qəzetinə istinadən xəbər verir ki, rusiyalı jurnalist  Peskovun oğluna zəng edərək, özünü Moskva çağırış idarəsinin mayoru kimi təqdim edib və onun səfərbərlik idarəsinə gəlməli olduğunu deyib.

Nikolay Peskov ona zəng edən şəxsin həqiqətən də çağırış idarəsinin işçisi olduğuna inanıb və bildirib ki, səfərbərlik idarəsinə getməyəcək.

“Siz başa düşməlisiniz ki, mən cənab Peskovam. Mənim orada olmağım düzgün deyil. Çünki mənim atam Kreml administrasi rəhbərinin müavinidir” – deyə Nikolay vurğulayıb.

“Mən vətəni müdafiə etməliyəmsə, bu problem deyil. Əgər Rusiya prezidenti Vldamir Putin məni çağırmaq əmri versə, o zaman müharibəyə gedəcəm” – deyə o, qeyd edib.


Daşqın Həsənov
Missiya.Az
 


  • 22-09-2022, 13:49