AZ   |   RU
“Brüssel Kiyevə hərbi dəstəyini davam etdirəcək” - Borrel

“Ukraynanın Donbass, Zaporojye və Xerson vilayətlərində keçirilməsi planlaşdırılan referendumla əlaqədar Aİ ölkələri ən qısa zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel deyib.

Borrel bildirib ki, Brüssel Kiyevə hərbi dəstəyini bundan sonra da davam etdirəcək. 

"Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal və mümkün qədər tez, tərəfdaşlarımızla razılaşdırılaraq tətbiq ediləcək. Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları həm şəxsi, həm də sektoral olacaq. Biz Ukraynanın səylərini lazım gəldikdə hərbi texnika ilə təmin etməyə davam edəcəyik” – deyə Borrell vurğulayıb. 

O, hansı sanksiyalardan danışdığını açıqlamayıb və qeyd edib ki, bu gün yalnız siyasi qərar verilib.

Daşqın Həsənov
Missiya.Az


  • 22-09-2022, 12:04