AZ   |   RU
Çavuşoğlu rus və iranlı həmkarı ilə görüş keçirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyası iclasları üçün Nyu Yorka səfər edən Türkiyənin xarici işlər naziri Çavuşoğlu Türkevi binasında İranlı həmkarı Hüseyn Əmir Abdullahiyan və Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov ilə görüşüb.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu özünün “tvitter” səhifəsində paylaşım edib.

Çavuşoğlu bildirib ki, Astana formatı çərçivəsində xarici işlər nazirləri toplantısını keçirdik.

Suriya böhranına qalıcı siyasi həll tapmaq üçün bütün sahələrdə diplomatik səylərimizi davam etdiririk” – deyə Türkiyə diplomatiyasının rəhbəri vuğulayıb.

Qeyd olunub ki, iclasın bir hissəsində BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersen də iştirak edib.

Daşqın Həsənov
Missiya.Az


  • 22-09-2022, 10:29