AZ   |   RU
Azərbaycan nefti 65 dollardan satılır

Dünya birjalarında neft qiymətlərində fərqli dinamikalar müşahidə olunur.

Missiya.Az xəbər verir ki, “Brent” markalı neftin bir barreli London birjalarında 0,31% ucuzlaşaraq 65,17 dollara enib.
“WTI” markalı neftin bir barreli isə 0,71 % ucuzlaşma ilə 61,23 dollardan satılır.

Azərbaycan neftinin 1 barrelə olan qiyməti isə 0,85% artaraq 65,12 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti 2008-ci ilin iyulunda maksimuma yüksələrək 149,66 dollar, keçən il aprelin 21-də isə minimuma enərək 15,81 dollar olub.

  • 24-02-2021, 11:04