AZ   |   RU
“Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin imzalanmasında yardım etməyə hazırdır” - Lavrov

“Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin imzalanmasında uğurlar arzulayır və belə bir sənədin işlənib hazırlanmasında, o cümlədən imzalanmasında bundan sonra da hər iki tərəfə yardım etməyə hazırdır”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.


O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır və biz bu məsələdə onlara səmimi qəlbdən uğurlar arzulayırıq.


“Aydındır ki müqavilə Rusiya-Azərbaycan-Ermənistanın bir neçə üçtərəfli zirvə görüşü sayəsində mümkün olub. Hər iki tərəf də bunda maraqlı olarsa, biz bundan sonra da onlara yardım etməyə hazırıq”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:35