
Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan “II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisinin mətbuat konfransı keçirilib.
Missiya.Az xəbər verir ki, Türk Ticarət Sərgisi 10 - 12 iyun tarixlərində Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBIA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), ROK Expo şirkətinin təşkilatçılığı ilə Baku Expo Mərkəzində keçiriləcək.
Tədbirdə Respublikamızın Dövlət himni səsləndirilib, daha sonra görülmüş işlərlə əlaqədar videoçarx nümayiş olunub.
Konfrans iştirakçıları çıxışlarında bildiriblər ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya xidmətlərinin inkişaf etdirilməsi beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Prezident İlham Əliyev hər zaman birgə səylərlə Türk Dövlətləri Təşkilatının qlobal arenada güc mərkəzinə çevrilə biləcəyini bəyan edib.
Qeyd edək ki, Türk Ticarət Sərgisinin birincisi 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində təşkil olunub.



Zərintac Mayisqızı
Missiya.Az