AZ   |   RU
Rusiyadan Almaniyaya qaz axınının dayandırılması ilə bağlı açıqlama

“Qaz təchizatındakı problemlərin səbəbi Almaniya və İngiltərə də daxil olmaqla, digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır".

Missiya.Az
HaberGlobal-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Almaniya arasında “Şimal axını 1” təbii qaz boru kəmərindən qaz axınının dayandırılması ilə bağlı verdiyi açıqlamada deyib.

Peskov “Şimal axını 1” təbii qaz kəmərindən Almaniyaya qaz axınının qeyri-müəyyən müddətə dayandırıldığı açıqlandıqdan sonra Qərbi günahlandıraraq, buna səbəb kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyalar olduğunu bildirib.

Sanksiyaların boru kəmərindəki təmir işlərində "xaosa səbəb olduğunu" bildirən Peskov Rusiyanın Avropaya qaz axınını dayandırması ilə bağlı iddialarını siyasi addım kimi rədd edib.

Sanksiyaların Alman Siemens şirkətinin Portovaya yanacaqdoldurma məntəqəsindəki təmir işlərini çətinləşdirdiyini vurğulayan Peskov deyib: "Qaz təchizatında yaranan problemlərin səbəbi Almaniya və İngiltərə başda olmaqla digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır. Burada təəccüblü heç bir şey yoxdur.”

Peskov onu da əlavə edib ki, sanksiyalar aradan qaldırılarsa, təmir işləri asanlıqla başa çatdırıla və qazın verilişi yenidən bərpa oluna bilər.

Teymur ASLANOV
Missiya.Az


  • 5-09-2022, 16:45