AZ   |   RU
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliyaya qalib gəlib


Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində növbəti oyununu keçirib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, yığma A qrupundakı ikinci sınağında İtaliya seçməsi ilə qarşılaşıb. Rəqibini 2 cavabsız qolla məğlub edən Azərbaycan 4 xalla liderliyə yüksəlib.

Qeyd edək ki, milli komanda ilk turda Çexiya ilə qolsuz bərabərə qalıb.



  • 2-05-2023, 22:15