AZ   |   RU
Rusiyalı qapıçının "Qarabağ"a keçə bilməməsinin səbəbi açıqlanıb


Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun "Qarabağ"a keçidinin alınmamasının səbəbi bəlli olub.

Missiya.Az
" Report"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiperin agenti Anton Smirnov "sport24.ru" saytına açıqlamasında bunun zədə ilə bağlı olduğunu söyləyib.

O bildirib ki, Leverkuzen təmsilçisinin Lunyovu Azərbaycana buraxmaqdan imtina etməsi barədə yazılanlar həqiqətə uyğun deyil: "Qarabağ"la danışıqlarımız olmayıb. Bilirik ki, Azərbaycan klubu "Bayer"ə müraciət edib. "Qarabağ" rəhbərliyinə yaxın vasitəçilər Lunyovun xidmətində maraqlı olduqlarını kluba bildiriblər. Bizim isə "Qarabağ"ın rəhbərliyi və baş məşqçisi ilə heç bir əlaqəmiz olmayıb. Qapıçı zədəsini sağaltsa, klub onu istədiyi yerə buraxacaq. Ayağındakı problemlər aradan qalxmasa, rəhbərlik müqavilənin sonuna kimi Andreyi komandada saxlayacaq".

Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.

  • 7-02-2023, 19:01