AZ   |   RU
Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşündə meydana çıxıb.

Şeydayev 100 matçda 30 qola imza atıb. O, ölkə çempionatında 61 (23 qol), kubokda 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.

Təcrübəli forvardın “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də Premyer Liqada keçirilən ev görüşü (2:0) onun Ağdam klubunda ilk matçı olub.

Qeyd edək ki, Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb.


  • 6-02-2023, 14:26