AZ   |   RU
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" NTD-yə uduzub


Azərbaycan Basketbol Liqasında (ABL) XV tura start verilib.

Missiya.Az
xəbər verir ki, açılış oyununda "Sərhədçi" və NTD komandaları üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində keçirilən matçda NTD-nin qələbəsi ilə yekunlaşıb - 79:78.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Endar Poladxanlı (20 xal, 4 ribaund ), NTD-dən isə Londel Kinq (27 xal, 23 ribaund) olub.

Qeyd edək ki, turun digər oyunlarında "Sabah" "Zirvə Astara"nı, "AAAF Xırdalan" "Neftçi İK"nı, "Gəncə" isə "Olimpik Şəki"ni sınağa çəkəcək. Görüşlər 28-29 yanvarda oynanılacaq.



Baxış sayı: 81
  • 24-01-2023, 21:35