AZ   |   RU
“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

“Neftçi” ilə derbi qarşılaşması əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”.

Missiya.Az
xəbər verir ki, müsahibəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda Premyer Liqanın 16-cı turunda “Neftçi” ilə sabah keçiriləcək oyun barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi azarkeşlərin matça böyük maraq göstərəcəklərini söyləyib: “Neftçi” ilə oyunlar həmişə həm mətbuatda, həm də azarkeşlər arasında böyük diqqətə səbəb olub. Bu dəfə də belə olması istisna deyil. Məsələn, “Sabah”la son görüşümüzdə azarkeşlərin marağını hər kəs gördü. Stadiona 10 000 azarkeşin gəlməsi bunun göstəricisi idi. “Neftçi” ilə matçda da bunun təkrarlanmasını gözləyirəm”.

Ağdam klubunun aparıcı oyunçusu əlavə edib ki, qarşılaşmanın “Bakcell Arena”da keçirilməsinə baxmayaraq, qələbə qazanmağa çalışacaqlar: “Neftçi” güclü komandadır, yaxşı baş məşqçiləri var. Onlara hörmətlə yanaşırıq. Amma bütün bunların fonunda məqsədimiz dəyişməz olaraq qalır. Səfərdə oynamağımıza baxmayaraq, hədəfimiz qələbə qazanmaqdır. Əvvəlki ruh yüksəkliyini və əzmkarlığı bu matçda nümayiş etdirmək istəyirik. Ən əsası özümüzə xas olan oyunu sərgilməyə və 3 xal qazanmağa çalışacağıq”.

Riçard Almeydanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.


  • 1-12-2022, 15:05