AZ   |   RU
Gələcəkdən gəldiyini iddia etdi və Dünya Kubokunun qalibi olacaq ölkəni açıqladı

Sosial şəbəkədə bir istifadəçi paylaşımı ilə səs-küyə səbəb olub. O paylaşımında final oyununun hansı komandalar arasında olacağını və qalibin kimliyini açıqlayıb.


Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Dünya kupokunu   kimin qazanacağı ilə bağlı müzakirələr davam edərkən bir sosial şəbəkə istifadəçisi gələcəkdən gəldiyini iddia edərək Dünya Çempionatının finalından foto paylaşıb.


Finalda kimin oynayacağı ilə maraqlanan bir sosial media istifadəçisi matçdan kadrları paylaşaraq, "2022-ci il dekabrın 18-dən gəlirəm. Dünya Kuboku finalı Braziliya ilə Fransa arasında oynanacaq. Braziliya 2-ci mübarizədə qalib gələcək” deyə paylaşımında bildirib.


Final matçından foto da paylaşan sosial media istifadəçilərinə minlərlə şərh gəlib.


Qeyd edək ki, Fransa və Braziliya öz çıxışları ilə bir addım öndə görünsələr də, Portuqaliya və Argentina gizli favoritlər kimi qəbul olunurlar. 


Aqil Musa

Missiya.Az



  • 29-11-2022, 18:03