AZ   |   RU
Futbol üzrə dünya çempionatının 8 oyunu bu kanalda yayımlanacaq

Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır. Ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti açıqlama yayıb.

"Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu CBC Sport telekanalında yayımlanacaq”, - açıqlamada deyilir.


Baxış sayı: 79
  • 28-11-2022, 16:27