AZ   |   RU
London marafonunda faciəvi hadisə baş verib


İngiltərənin paytaxtı Londonda keçirilən marafonda faciəvi hadisə baş verib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib.

Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub.

  • 3-10-2022, 23:24