AZ   |   RU
“Ermənistanın qərar qəbul etmək üçün çox qısa vaxtı var” – Erməni ekspertdən həyəcan təbili

“Ermənistanın suverenliyi ifadəsi hökuməti özünün yeni brendidir. Bu isə Ermənistanı yeni fəlakətə gətirib çıxaracaq. Bu, çox ciddi qəbul edilməlidir”.

Missiya.Az
“Hraparak”nəşrinə istinadən xəbər verir ki, bunu “Alternativ layihələr qrupu”nun eksperti Vahe Hovhannisyan deyib.

“İndiki hakimiyyətin məntiqinə görə, Ukrayna və Suriya parlaq suveren dövlətlərdir. Biz də həmin dövlətlərin yolunu gedirik. Baş nazir Nikol Paşinyan Ermənistanı Rusiya ilə Qərb arasında kəskin münaqişənin döyüş meydanına çevirdi. Paralel brend olaraq dəhliz hekayəsi tirajlanır, xalqı isə ölümə hazırlayır”, - deyə siyasətçi vurğulayıb. 

Hovhannisyan bildirib ki, bu gün xalqımız ideoloji təxribat tələsinə düşüb.

Onun sözlərinə görə, heç kim bu xalqa reallığı təqdim etmir və mümkün həll yollarını demir.

“Hökumət deyir ki, biz nə Qarabağın, nə də Ermənistanın təhlükəsizliyini təmin edə bilmərik və Rusiyanın ölkəmizdə mövcudluğu təhlükədir. Bunu isə bütün cəmiyyət dinləyir. Ermənistana ölkənin təhlükəsizliyi baxımından dövlətçilik siyasəti olan yeni hökumət lazımdır”, - deyə Hovhannisyan qeyd edib.
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 3-02-2023, 14:46