AZ   |   RU
Belarusdakı Rusiya qüvvələri Ukrayna üçün təhlükə yaratmır - Britaniya MN

Belarusdakı çoxlu sayda rus qoşunu Ukrayna üçün təhlükə yaratmır. 

Missiya.Az
"UNİAN"a istinadən xəbər verir ki, bu barədı Böyük Britaniyanın Müdafiə Nazirliyi özünün "tviter" səhifəsində məlumat yayıb.

Nazirlik xatırladıb ki, 2023-cü il yanvarın 8-də Belarus Müdafiə Nazirliyi Rusiya Federasiyası ilə 2023-cü il yanvarın 16-dan fevralın 1-dək ölkədə keçiriləcək birgə taktiki-uçuş təlimləri elan edib.

Bildirilib ki, Z işarəsi olan bəzi təyyarələr Minsk yaxınlığındakı Maçulişçi aviabazasına eniş edib.

"Rusiya aviasiyasının Belarusda yeni yerləşdirilməsi çox güman ki, Ukraynaya qarşı bəzi əlavə hücum əməliyyatlarına hazırlıq deyil, real təlimdir”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Rusiya Belarusda çoxlu sayda qüvvə saxlasa da, onlar əsasən təlimlərdə iştirak edirlər. Həmin qüvvələrin Ukraynaya hücum təşkil edəcəyi ehtimalı azdır", - deyə Nazirlik əlavə edib.


Daşqın Həsənov
Missiya.Az


  • 11-01-2023, 12:25