AZ   |   RU
Molla rejimindən növbəti təxribat - İranda separatçıya anım tədbiri keçirildi


İran hökuməti Azərbaycan dövlətinə və xalqına qarşı daha bir təxribat xarakterli addıma əl ataraq Tehran Universitetində separatçı Ələkrəm Hümbətova anım mərasimi keçirib.

Missiya.Az "Azad İran" kanalına istinadən xəbər verir ki, molla rejiminin dəstəyi ilə təşkil olunan tədbir yanvarın 8-də Tehran Universitetində  baş tutub.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlara zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmış Ələkrəm Hümbətov adlı separatçı ötən il dekabrın 22-də Niderlandda ölüb.


İllərdir Azərbaycan əleyhinə qatı düşmən mövqeyi sərgiləyən “Bultan News” xəbər agentliyi mərasimdə qondarma separatçı Zabil Məhərrəmov adlı şəxsin də iştirak etdiyini yazıb.

Nəriman Sultanoğlu
Missiya.Az




  • 9-01-2023, 17:24