AZ   |   RU
Paşinyan “Ev oyunu”nda KTMT-yə məğlub oldu


Vətən müharibəsi dövründə olduğu kimi Paşinyanın yenə də KTMT-ni Azərbaycan-Ermənistan münasibətlərinə cəlb etmək istəyi reallaşmayıb.  İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə böyük ümidlər bəsləyən Paşinyanın bu arzusu gözündə qalıb. Sammit ərəfəsində Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev maraqlı fikirlər söyləyib. Kosaçev bəyan edib ki, İrəvan nə Rusiyadan, nə də KTMT blokundan kömək gözləməməlidir, ona görə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə təşkilatın səlahiyyətlərinə aid deyil. Paşinyan isə öz növbəsində KTMT-yə üzv dövlətlərinin başçılarını inandırmağa çalışır ki, proseslərə müdaxiləsi bir başa təşkilatın məsuliyyətinə daxildir. Ermənistan Azərbaycanla sərhəd məsələlərinin həll olunmamasını əsas gətirən üzv dövlətlərə sübut etməyə çalışır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycana qarşı qəti və konkret addımlar atmalıdır.
 
Bunun müqabilində isə təşkilat üzvləri yekdilliklə bildirirlər ki, Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşdikdən sonra həmin sərhədlər daxilində Ermənistanın ərazi bütövlüyünü müdafiə etmək üçün məsuliyyət yarana bilər. Paşinyan yenə də bu fikirləri manipulyasiya edərək bildirir ki, KTMT-nin Ermənistan ərazisində məsuliyyət zonası yoxdursa, deməli təşkilatın özü də yoxdur.
 
Paşinyanın bütün səylərinə rəğmən təşkilata üzv dövlətlərin Azərbaycana qarşı hər hansı bir qərar qəbul etməməsi İrəvanın təşkilat daxilində heç bir nüfuzunun qalmaması, eləcə də Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülhə məcbur etmək kimi də qiymətləndirilə bilər.
 
Digər tərəfdən İrəvandakı samitdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin 
sərhədin delimitasiyasına, nəqliyyat kommunikasiyalarının açılmasına, humanitar problemlərin həllinə, Ermənistan və Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşdırılmasına diqqət çəkərək sülhə və sabitliyə yalnız tərəflər arasında razılaşmalara ardıcıl əməl etməklə nail olmağın mümkünlüyünü ifadə edir. Deməli Putin bu fikirləri ilə 10 Noyabr Bəyannaməsini, Soçi razılaşmasını və əldə olunmuş bütün razılaşmaları əsas gətirərək Paşinyanı öz imzasına hörmət etməyə çağırır.
 
Ümumiyyətlə bu qənaətə gəlmək olar ki, Ermənistan KTMT-dən istədiyi dəstəyi ala bilmir. Proseslər Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikolu getdikcə Rusiyadan üz döndərməyə sövq edir. Amma siyasi, iqtisadi,hərbi və təhlükəsizlik məsələlərində Rusiyadan asılı olan bir ölkənin belə bir addım atması da məqbul hesab edilə bilməz.
 
Ermənistanın məğlub ölkə olaraq öz öhdəliklərini yerinə yetirməməsi qalsın bir kənara sərhəddə demək olar ki, hər gün təxribat törətməsi, atəşkəsi pozmağı və bir neçə gün əvvəl kəşfiyyat PUA-nın Azərbaycan ordusu tərəfindən vurulması Azərbaycanın lazımi tədbirlər görməyini şərtləndirir.
 
Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Ermənistanın mövqeyi ilə bağlı suala cavab verərkən “...Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?! Beləliklə, düşünürəm ki, bütün suallarınızı əhatə etdim” deməklə Ermənistanın sülhə yanaşmaması təqdirdə nə olacağının xəbərdarlığını etmiş oldu.

Praqa görüşündən sonra istər İlham Əliyev, istərsə də Paşinyan ilin sonundək sülhün imzalanmasının mümkünlüyündən danışması belə bir razılaşmanın sözdə də olsa əldə olunduğundan xəbər verir. Amma Ermənistanın son günlər yenidən təxribatlara əl atması razılaşmalara və danışıqlar prosesinə əsaslı zərbə vurur.

Həmçinin son günlər Azərbaycan ərazisində yerləşən Rus sulhməramlı kontingetinin məsuliyyət zonasında qeyri-qanuni erməni silahlılarının mövqelərimizi atəşə tutması, üstəlik Rusiya Sülhməramlıların paylaşımlarında Azərbaycan ərazilərinin adlarının təhrif edilməsi dəyişdirilməsi Azərbaycan Rusiya arasında müyyən narahatlığa səbəb oldu. Azərbaycan xarici işlər nazirliyi məsələ ilə bağlı Rusiya tərəfinə də narazılığını bildirən bəyanat yayımladı.

Brüssel-Moskva arasında vargəl edən biçarə Nikol KTMT-dən bir kömək gəlməyəcəyini dəqiqləşdirib, indi də dekabrda keçirilməsi planlaşdırılan Bürsseldəki görüşə “ciddi” hazırlaşmaq qərarına gəlib. “Tək getsəm Ermənistan cəmiyyəti nə fikirləşər” deyib, Bürüsseldə etməyi planlaşdırdığı həyasızlığa bir də “Bacısı”nın həyasızlığı əlavə olnuarsa bəlkə nəyə isə nail olarıq düçüncəsi Nikolun görünür vəzifəyə gələndən bəri ən yaxşı siyasi gedişi olardı. Amma İlham Əliyev faktorunu nəzərə almasaq. Təbii ki, 30 ilə yaxın bir müddətdə guya ATƏT-in Azərbaycan-Ermənstan Qarabağ məsələsinin sülh yolu ilə həlli məqsədi ilə yaradılmış Minsk üçlüsündə yer alan Fransanın tərəf tutması, Vətən müharibəsindəki mövqeyi, Azərbaycana qarşı Fransa Senatının artıq ikinci  dəfədir qəbul etdiyi qətnamələr Parisin Azərbaycan-Ermənistan arasındakı danışıqlarda iştirakını tamamilə ortadan qaladırdı. Azərbaycan hakimiyyəti və parlamenti Fransanın təxribatlarından sonra Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesində Fransanın iştirakının mümkünsüzlüyünü ifadə edən qərar qəbul edib.

Prezidentin Fransa ilə bağlı suala cavabı Azərbaycanın qətiyyətli mövqeyindən xəbər verir.
Bürüsseldə 7 dekabr tarixdə keçirilməsi gözlənilən prosesin irəliləməsi üçün vacib görüş hesab edilən 3 tərəfli görüşə Paşinyanın “bacısı”nı da gətirmək istəyinə Azərbaycan prezidentindən reaksiya gecikmədi.
Bu bacıların həyasızlıqlarını yaxşı bilən Prezident İlham Əliyev isə özünə yaraşan, əsaslı liderlik xarizması və müdrikliyi ilə belə bir görüşə getməyi nə özünə, nə də öz xalqına rəva görməyib. 

Sitat:

“...Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək....Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu...Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq”.

Proseslərin bu trayektoriyası onu deməyə imkan verir ki, hazırda Paşinyan müsttəqil qərar verə bilmir. Belə olan halda artıq iki ildir yubanan sülh müqaviləsi, komunikasiya xətlərinin reallaşması və regional sabitlik məsələləri rəsmi Bakının səbrini tükədib. İndi Ermənistanın 2 yolu var. Ya sülh, ya müharibə. 
 
Aqil Musa
Missiya.Az


Baxış sayı: 149
  • 28-11-2022, 19:00