AZ   |   RU
Putinin sirlərini bilən xüsusi masajçısı ölkədən qaçıb
 
Rusiya prezidenti Vladimir Putinin xüsusi masajçısı, Kremlin bir çox sirlərini bildiyi iddia edilən Konstantin Qoloşçapov ölkədən qaçıb.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

Məlumatda Putinə ən yaxın insanlardan biri olan xüsusi masajçısının  Belarusa qaçdığı qeyd olunub.

“Putinin bəzi şəxsi sirlərini bildiyi güman edilən Qoloşçapov iyul ayında oğlunun avtomobili ilə ölkədən qaçıb. 4 gün sonra isə Qoloşçapovun 29 yaşlı oğlunun cəsədi tapılıb. 67 yaşlı Qoloşçapovun ölkəni tərk etməsindən sonra Rusiya hakimiyyəti onun şirkətləri ilə bağlı araşdırmaya başlayıb”, - deyə məlumatda vurğulanıb.

Ölkədən qaçışı yenicə üzə çıxan Qoloşçapovun Putinin şəxsi sirlərini bilən nadir insanlardan olduğu iddia edilir.


Daşqın Həsənov
Missiya.Az


  • 15-11-2022, 15:29