AZ   |   RU
Avropa dünya ölkələrinin silahlanma yarışında liderdir


Avropaya silah tədarükü 47 faiz artıb, dünya üzrə silah alverində Amerikanın üstünlüyü artmaqda davam edir.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun (SIPRI) yeni araşdırmasının nəticələrində bildirilib.

İnstitutun məlumatında, 2018-2022-ci illərdə Avropa dövlətləri tərəfindən əsas silahlar idxalı 2013-2017-ci il illər üzrə müvafiq göstərici ilə müqayisədə 47 faiz artıb, beynəlxalq silah satışının qlobal həcmi isə 5,1 faiz azalıb. Silah idxalı Afrikada 40 faiz, Cənubi Amerikada 21 faiz, Asiya və Okeaniyada 7,5 faiz, Yaxın Şərqdə 8,8 faiz azalıb. Şərqi Asiyaya və geosiyasi gərginliyin yüksək olduğu başqa regionlardakı bəzi dövlətlərə idxal artmaqda davam edir.

SIPRI ekspertləri qeyd edirlər ki, Avropaya silah ixracının əhəmiyyətli dərəcədə artması Rusiya ilə digər Avropa dövlətlərinin əksəriyyətinin münasibətlərində davam edən gərginliklə izah edilir. Bu vəziyyət ABŞ-dan və Fransadan silah ixracına da təsir göstərib. 

Həmin ölkələrdən silah ixracının həcmi artmaqda davam edir, Rusiyadan ixrac isə azalır.

Zərintac Mayisqızı

Missiya.Az




  • 13-03-2023, 13:09