AZ   |   RU
Fransa paytaxtında pensiya islahatlarına qarşı etirazlar olub, həbs edilənlər var

Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı keçirilən nümayiş zamanı indiyədək azı 13 nəfər saxlanılıb.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Qeyd edilir ki, bir neçə saatdır ki, etirazçılarla polis arasında toqquşmalar davam edir. Etirazçılar reklam lövhələrini, bankların və mağazaların şüşələrini sındırıb, zibil qutularını yandırıblar. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub.

Parisdə təhlükəsizliyi 4,5 mindən çox polis və jandarma təmin edir.

Bununla yanaşı, Lion, Renn və Nantda nümayişlər zamanı etirazçılarla polis arasında toqquşmalar olub.

  • 7-03-2023, 23:13