AZ   |   RU
Türkiyədə qar uçqunu: Həyatını itirənlər var


Türkiyənin şimal-şərqində yerləşən Artvin vilayətinin dağlıq hissəsində güclü qar uçqunu baş verib.

Misiya. Az
xəbər verir ki, məlumatı Artvin vilayətinin aidiyyəti qurumları da təsdiq edib.
Qeyd olunur ki, qar uçqunu vilayətin Yusufəli rayonunda xizək sürən insanların üstünə düşüb.
İnsident nəticəsində xizək sürənlərdən ikisi ölüb.
Qar uçqunun altında qalan yeddi nəfər isə axtarış-xilasetmə əməliyyatları nəticəsində xilas edilib.

  • 4-03-2023, 23:18