AZ   |   RU
“Taliban” qızların qəbul imtahanlarında iştirakına qadağa qoyub


"Taliban" hərəkatı qızların ali məktəblərə qəbul imtahanlarında iştirakını qadağan edib. 

Missiya.Az
"İnterfax"a istinadən xəbər verir ki, "Taliban" ölkədə hakimiyyəti ələ keçirdikdən sonra qadınların ali və orta təhsilə çıxışını məhdudlaşdırmaq üçün mərhələli şəkildə işlər görür.

Ölkənin Ali Təhsil Nazirliyi bütün özəl ali məktəblərə və təhsil müəssisələrinə qızların qəbul imtahanlarına buraxılmasının qarşısını almağı əmr edib.

Zərintac Mayisqızı 
Missiya.Az 



  • 29-01-2023, 12:51