AZ   |   RU
Britaniyanın baş naziri İrandakı edamlarla bağlı tvit paylaşıb

"İranda Britaniya əsilli İran vətəndaşı Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirir”.

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu sözləri  Böyük Biritaniyanın baş naziri Rişi Sunak deyib.

“Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan vəhşi bir rejim tərəfindən həyata keçirilən barbar və qorxaqcasına bir addım idi. Əlirzanın dostları və ailəsinin yanındayıq" deyə Sunak fikirlərini bildirib.

Aqil Musa
Missiya.Az

  • 16-01-2023, 11:10