AZ   |   RU
Ukrayna Rusiyanın Soledarı ələ keçirməsinə dair iddialarını təkzib edib


Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Müdafiə Nazirliyinin Soledar qəsəbəsinin ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib. 

Missiya.Az
UNIAN-a istinadən xəbər verir ki, o, vəziyyətin nəzarət altında olduğunu bildirib.

“Amma ərazidə durum ağırdır. “Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri Soledarda ciddi itki veriblər”, - o deyib. 

O.Reznikov vurğulayıb ki, “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin muzdlularının Rusiya ordusundan daha effektiv olduğunu göstərməyə çalışır: “Priqojini ancaq pul maraqlandırır. Buna görə də onun yaraqlıları inadla Avropanın ən böyük duz mədənlərinin yerləşdiyi Soledarı ələ keçirməyə çalışırlar”.

Zərintac Mayisqızı 
Missiya.Az 


Baxış sayı: 71
  • 13-01-2023, 17:27