AZ   |   RU
Biz faktiki olaraq NATO-nun üzvüyük- Ukraynanın Müdafiə naziri

"Bir ölkə olaraq Ukrayna və Ukraynanın silahlı qüvvələri NATO-nun üzvü oldu. De-yure deyil, de-fakto ona görə ki, bizim silahlarımız var və ondan necə istifadə etmək barədə anlayışımız var "
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər veri ki, Müdafiə naziri Reznikov  bu barədə  “BBC”-yə müsahibəsi zamanı deyib.

Kiyev administrasiyası NATO-ya sürətləndirilmiş qəbul üçün müvafiq ərizəni ötən il imzalayıb və təqdim edib.

Bundan əlavə, hərbi alyansa üzv olan bir çox ölkələr Ukrayna ordusunu sursat və silah sistemləri ilə təmin etməkdə davam edir.

Reznikov Ukraynanın çoxdan arzuladığı silahları, o cümlədən tanklar və döyüş təyyarələrini alacağına əmin olduğunu bildirib.

 "Gərginliyin növbəti səviyyəsi ilə bağlı bu narahatlıq mənim üçün bir növ protokoldur " deyə Ukraynalı nazir bildirib.
 
Digər tərəfdən, Rusiya və Ukraynanın yazda yeni hücumlara hazırlaşdığı bildirilir.

 Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişələri “Rusiyanı zəiflətmək istəyən Qərb ölkələrinə qarşı ekzistensial müharibə” kimi qiymətləndirib.
 
Aqil Musa
Missiya.Az

  • 13-01-2023, 13:12