AZ   |   RU
İran və Rusiya dəniz dəhlizi yaratmağa çalışır- Yapon nəşri

Rusiya da bu dəhlizdən İran uzərindən Cənubi Asiya ölkələrinə ixracını artırmaq və bununla da Avropadan asılılığını kəsmək üçün istifadə etmək istəyir.

Missiya.Az
“Niki Asia” qəzetinə istinadən xəbər verir ki, Rusiya və İran Avropa sanksiyalarından yan keçmək üçün Hindistanla yeni bir gəmiçilik dəhlizi yaratmaq planları hazırlayır.

Yapon nəşrinə görə, bu plan ABŞ-ın rəhbərlik etdiyi təzyiqlərə qarşı əks tədbir kimi qiymətləndirilir, amma Qərbin İran və Rusiyaya qarşı son sanksiyalarına qoşulmayan Hindistan bu ticarət dəhlizinə heç bir reaksiya verməyib.

Qeyd edək ki, 2002-ci ildə İran, Rusiya və Hindistan Süveyş kanalından yan keçməklə Hindistan və Rusiyanı İran və Azərbaycan üzərindən birləşdirəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinə dair saziş imzalayıblar.
Aqil Musa
Missiya.Az

  • 13-01-2023, 12:57