AZ   |   RU
İranda tələbələrin hökumət əleyhinə etirazları davam edir
Tələbələr "Nə edam, nə zindan. Sonuna qədər mübarizə aparacağıq!" deyə şüar səsləndiriblər.

 Missiya.Az
“Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, repressiv hökumət qüvvələrinin basqı və hücumlarına baxmayaraq, "Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!" şüarları ilə Tehran, İsfahan və digər şəhərlərdə İran hökumətinə qarşı etiraz aksiyaları keçirilib. 
Xameneyinin parçalanmış portretinin  əks olduğu və bundan sonra azadlığın gələcəyini göstərən foto İranda günün fotosuna çevrilib. Fotonun altında “Tezliklə biz bu divarı aşıb parlaq gələcəyə qədəm qoyacağıq” ifadələri yazilib.

Həmçinin Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində Qala Heydərabad bölgəsində repressiv qüvvələr tərəfindən minik avtomobilinin atəşə tutulması nəticəsində iki etnik bəluç yerindəcə həlak olublar. 

İranın rəsmi mediası öldürülənlərin başqa avtomobildə olan sərnişinlərlə silahlı münaqişəsi zamanı polisin müdaxiləsi nəticəsində öldürüldüklərini yazıb. 

Bəluç fəalları isə polis qüvvələri tərəfindən güllələnənlərin polisin “dayan!” əmrinə tabe olmadığı səbəbindən atəşə tutulduqlarını bildirirlər.

Təxminən bir ay öncə Təbrizdə baş tutan etirazlarda həbs edilən üç uşaq atası Heydər Əzimi “ETTELAAT” Nazirliyinin müstəntiqləri tərəfindən işgəncələr altında öldürülüb. 

Əziminin ailəsi habelə onun öldürülməsini ictimailəşdirməməsi və susması üçün Kəşfiyyat İdarəsi tərəfindən təhdid olunub. Bəzi mənbələr onun öldürülməsini etirazları yatırmaq üçün hökumətin özünün qəsdən törətdiyini bildirir. 

Aqil Musa
Missiya.Az

  • 9-01-2023, 13:23