AZ   |   RU
ABŞ Varşavaya 116 "Abrams" tankının satışını təsdiqləyib- Polşanın müdafiə naziri

ABŞ rəsmiləri ölkə ordusuna 116 "Abrams"  tankının əlavə edilməsinə icazə verib.

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak "Twitter" hesabından verdiyi açıqlamada bildirib.

O, Polşa Silahlı Qüvvələrinin zirehli potensialının artırılması istiqamətində daha bir addım atıldığını söyləyib.  

Güclü ordunun vacibliyini vurğulayan Blaşçak ,"ABŞ səlahiyyətliləri 116 "Abrams"  tankının satışını təsdiqlədi. Qiymət danışıqlarını davam etdiririk. İlk tədarüklər 2023-cü ildə mümkündür",-deyə qeyd edib. 

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 7-12-2022, 14:27