AZ   |   RU
Yapon döyüş təyyarələri İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Filippinə endi
 
Yapon döyüş təyyarələri 1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra ilk dəfə qonşu Filippinin sahillərinə enib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Hava Özünü Müdafiə Qüvvələri (ASDF) bəyanat yayıb.

Bəyanata görə, ASDF və Filippin Hərbi Hava Qüvvələri (PAF) müdafiə sahəsində əməkdaşlığı və koordinasiyanı artırır.

İki ölkənin hava qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq və koordinasiya məqsədilə səfərdə olan Donanma komandiri yaponiyalı Arisava Şotaro bildirib ki, döyüş təyyarələrinin enişi iki ölkə arasında müdafiə əlaqələri arasında dönüş nöqtəsi olub.

ASDF ilə "əl-ələ" işləyəcəklərini qeyd edən ev sahibi PAF komandirlərindən olan polkovnik Leo Fontanilla, "Bölgəmizin sülh və sabitliyini effektiv şəkildə qorumaq üçün hava qüvvələrimizin dostluğunu və tərəfdaşlığını inkişaf etdirəcəyik”,-deyə bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 7-12-2022, 12:40