AZ   |   RU
Əfqanıstanda avtobusun partladılması nəticəsində 7 nəfər ölüb
 
Əfqanıstanın şimalındakı Bəlx vilayətinin mərkəzi mahalı Məzari-Şərifdə zabitləri daşıyan avtobusa edilən bombalı hücumda 7 nəfər həyatını itirib.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında Əfqanıstan-Özbəkistan Hayratan Sərhəd Məntəqəsində çalışan zabitləri daşıyan avtobusa bombalı hücum təşkil edilib.

Hücumda 7 məmurun həyatını itirdiyi, 6 nəfərin isə yaralandığı bildirilib.

Bombanın küçə satıcılarının təkər arabalarına qoyulduğu müəyyən edilib.

Hadisə yerinə təcili tibbi yardım qrupları göndərilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Leyla SƏMƏNDƏR
Missiya.AZ


  • 6-12-2022, 12:29