AZ   |   RU
Rusiya neftinə tələbatın davam edəcəyinə inanırıq- Rusiya baş nazirinin müavini Novak
 
“Yanvar ayı üçün müqavilə danışıqları davam edir. Bazarda çox qeyri-müəyyənlik mövcuddur, lakin neftimizə qlobal tələbat var və biz tələbatın davam edəcəyinə inanırıq”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksandr Novak Səmərqənddə jurnalistlərə açıqlamasında deyib.

Dekabrın 5-də qüvvəyə minəcək Avropa İttifaqının (Aİ) Rusiya neftinə qarşı yeni sanksiyalarını və mümkün tavan qiymət tətbiqini qiymətləndirən Novak, “Dekabr ayı tədarük razılaşmaları və müqavilələri oktyabr və noyabrın əvvəlində edildi. Ona görə də biz (neft daşınmalarında) diapazonda dəyişiklik gözləmirik. Müqavilələr yerinə yetirilir”, - deyə bildirib.

ABŞ, İngiltərə, Avstraliya və Kanada kimi ölkələr Ukraynadakı müharibə səbəbindən Rusiya neftinin idxalını dayandırarkən, Aİ dekabrın 5-dək Rusiyadan xam neft nəqlini tamamilə kəsmək qərarına gəlib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 17:22