AZ   |   RU
Kabildə məscid partladılıb, ölənlər var

Kabilin Şəkər Dərə dairəsindəki məsciddə cümə namazı zamanı baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 20-dən çox yaralı var.

Missiya.Az “Tolo”ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, Hacı Bəxşi Məscidinin içərisində gizlədilən bombanın partlaması nəticəsində xəsarət alanlar arasında məscidin imamı da olub.

Yerli mənbələr hadisə nəticəsində azı 10 nəfərin öldüyünü bildirir. Bu hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

Xatırladaq ki, bu gün hökumətlə “Taliban" hərəkatı arasında imzalanmış üçgünlük atəşkəsin ikinci günüdür. Ötən gün atəşkəsin birinci günündə ölkənin Pərvan əyalətində də bir məscidin Ramazan bayramı namazı zamanı atəşə tutulması nəticəsində 8 nəfər öldürülüb, 5 nəfər də yaralanıb.

  • 14-05-2021, 14:45