AZ   |   RU
Görmə qabiliyyəti məhdud şəxslər film izləyə biləcəklər - Rusiyada mobil tətbiq yaradıldı

Rusiyada İncəsənət, Elm və İdman Xeyriyyə Fondu Mədəniyyət Nazirliyinin dəstəyi ilə görmə qabiliyyəti məhdud şəxslər üçün yeni xüssusi tətbiq hazırlayıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.  Tətbiq görmə qabiliyyəti məhdud istifadəçiyə kinoteatrda və ya istənilən ev cihazında, o cümlədən onlayn kinoteatrlar və yayım platformaları vasitəsilə film izləməyə kömək edəcək.

Bu tətbiqin görmə qabiliyyəti zəif olan insanların mədəni inkişafını təşviq etmək üçün unikal bir vasitə olduğu bildirilib.

Fond tərəfindən layihəyə 5 milyon rubl sərmayə qoyulub.

Zərintac MAYİSQIZI
Missiya.Az 


  • 24-11-2022, 17:10