AZ   |   RU
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif edib
Avropa Komissiyası Rusiyadan Avropa İttifaqına (Aİ) 7 milyard avro dəyərində məhsulların idxalına qadağa qoyulmasını təklif edib.

Missiya.Az "Report" istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"Rusiya məhsullarının idxalına yeni qadağaların tətbiqini təklif edirik. Beləliklə, Rusiyadan tədarük edilən məhsullar Avropa bazarına çıxarılmayacaq. Bu, Rusiyanı 7 milyard avro məbləğində əlavə gəlirdən məhrum edəcək", - o vurğulayıb.

Aİ Rusiyaya qarşı məhdudiyyətlərə əməl etməyən şəxslərə qarşı sanksiyalar tətbiq edəcək. Üstəlik, Avropa Komissiyası Rusiya neftinə maksimum qiymət həddini tətbiq etməyi təklif edib.


Baxış sayı: 92
  • 28-09-2022, 21:37