AZ   |   RU
Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

İyunun 7-də Azərbaycanda koronavirus infeksiyası əleyhinə 601 doza vaksin vurulub.

Missiya.Az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə isə 267 nəfər olub.

İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 546 770-dir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 611 499, ikinci mərhələ üzrə 935 271 nəfər təşkil edir.


  • 7-06-2021, 17:36