AZ   |   RU
Səyyah: “Laçın-Xankəndi yolundan avtomobillərin keçdiyini öz gözlərimlə gördüm”

“Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda aksiya keçirmələri əladır. Onlar 55 gündür buradadır və öz prinsiplərinə sadiqdirlər. Ümid edirəm ki, onlar məqsədlərinə çatacaqlar”.

Missiya. Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səyyah Saşa Hini bildirib.
“Ekofəallar təbiətin qorumasını tələb edir”, - deyən səyyah qeyd edib ki, təbiət gözəllikdir və bu, qorunmalıdır.
“Gözlərimlə görürəm ki, burada avtomobillərin keçidinə heç bir maneə yoxdur. Gördüyümüz kimi, bu, dinc etirazdır”, - deyə səyyah vurğulayıb.

  • 4-02-2023, 20:50